Modern.az

Putinin Avropaya yazığı gəldi, belə qərar verdi

Putinin Avropaya yazığı gəldi, belə qərar verdi

Dünya

19 Dekabr 2012, 18:33
Rusiyanın “Qazprom” şirkəti Avropa ölkələrinə satdığı qazın qiymətində endirim edib. Modern.az-ın məlumatına görə, “Qazprom” Avropa və Türkiyədəki müştərilərinin qiymətdən narazılığını nəzərə alaraq, 2013-cü il üçün qiymətlərdə 10% endirim etdiyini açıqlayıb. Avropa və Türkiyə 2013-cü ildə 1000 m3 təbii qaz üçün  415 dollar əvəzinə 370 dollar ödəyəcək. “Qazprom” qiymət endirimindən itirdiklərini daha çox qaz satmaqla kompensasiya etməyi planlaşdırır. 

Qeyd edək ki, bu qərar Rusiya prezidenti Vladimir Putinin dekabrın 21-də Brüsseldə Avropa Birliyi-Rusiya zirvə toplantısına qatılmasından 48 saat öncə verilib.

Sevinc İltifatqızı  

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!