Modern.az

Məhəmməd peyğəmbər haqqında 1 milyard dollarlıq film

Məhəmməd peyğəmbər haqqında 1 milyard dollarlıq film

Dünya

20 Dekabr 2012, 14:47

Peyğəmbərin həyatından bəhs edən 1 milyard dollar büdcəsi olan filmlər seriyasının Qətər şirkəti tərəfindən çəkilməsi planlaşdırılıb.
Modern.az-ın “Əl Ərəbiyyə”yə istinadən verdiyi məlumata görə, “Əl Nur” şirkəti üç il əvvəl elan etdiyi 1,5 milyon dollarlıq büdcəni 1 milyard dollara çatdırıb.
Film ingilis dilində olacaq və bir neçə başqa dünya dillərinə də tərcümə ediləcək.
“Əl Nur” şirkətinin rəhbəri Əhməd Əl-Haşiminin sözlərinə görə, əvvəllər üç hissənin çəkilməsi planlaşdırılsa da, film yeddi hissədən ibarət olacaq. Filmin ümumi büdcəsi isə,1 milyard dollar təşkil edir. Ssenari də artıq hazırdır.
Peyğəmbər obrazı isə İslam qaydasına uyğun olaraq filmlər seriyasında göstərilməyəcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı