Modern.az

Dinsizlik xristianlıq və İslamdan sonra üçüncüdür

Dinsizlik xristianlıq və İslamdan sonra üçüncüdür

Dünya

20 Dekabr 2012, 15:01

Dünyadakı insanların hansı dinə qulluq etdiyi barədə aparılmış tədqiqata görə, heç bir dinə qulluq etməyən insanlar dünyada saylarına görə üçüncü yerdə dayanır.
2010-cu ilin geniş araşdırmasına əsaslanan tədqiqata görə, İslam və induizm gələcəkdə ən çox yayılan din olacaq. Xristianlıq isə həmişə ən çox yayılan dindir.

Modern.az bildirir ki, din və ictimai həyata dair PEW Forum-un ( Pew Forum on Religion and Public Life ) ”Qlobal dini mənzərə” adı altında nəşr etdiyi məlumata görə, dünya əhalisi arasında üçüncü yerdə olan heç bir dinə qulluq etməyən insanlara ateist və aqnostiklərdən tutmuş ilahi qüvvənin varlığını qəbul edən, lakin heç bir dinə qulluq etməyən  insanlar da daxildir.
Pew Forum-un demoqrafı Konrad Haketin sözlərinə görə, müsəlmanların sayı getdikcə artır.
Tədqiqatın nəticəsi göstərir ki, dünya əhalisinin 2.2 milyardı xristian dininə inanır. Bu isə dünya əhalisinini 31.5 fazini təşkil edir. İslama 1.6 milyard insan ibadət edir ki, bu da dünya əhalisinin 23 faizini təşkil edir.
Heç bir dinə qulluq etməyən insanlar isə,1.1 milyarddır.

Dünya əhalisinin 405 milyona yaxını və ya 6 faizi yerli dinlərə ibadət edir. Yerli dinlərə ibadət edənlərə Afrikada, Çində, Avstraliya aborigenləri və Amerika yerliləri arasında rast gəlinir
58 milyonluq və ya 1 fazilik əhali Bəhailik, Taoizm, Caynizm, Sintoizm, Şixizm, Tennrikyo, Vikka və Zərdüştlük kimi “başqa dinlərə” ibadət edir. ”Başqa dinlərə” ibadət edənlər isə əksərən, Asiya pasifik regionunda yaşayırlar.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür