Modern.az

Milli Məclis Naxçıvan MR-in Konstitusiyasına əlavə və dəyişikliklər etdi

Milli Məclis Naxçıvan MR-in Konstitusiyasına əlavə və dəyişikliklər etdi

23 Fevral 2010, 14:01

Modern.az-ın məlumatına görə, bu gün Milli Məclis "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Konstitusiya qanunu layihəsini müzakirə edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Naxçıvan Muxtar Respublikası  Konstitusiyasının 5-ci maddəsinə təklif olunan varianta görə Muxtar Respublikanın yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat verilməlidir.
Ə.Hüseynovun sözlərinə görə, ali xüsusi rütbələrin verilməsinə dair də təkliflər Azərbaycan Prezidentinə təqdim olunmalıdır. "Əlavəyə görə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fəxri adları təsis edib, Azərbaycanın dövlət təltifləri ilə təltif edilməsinə dair Prezidentə təklif verəcək", - deyə komitə söyləyib.
Digər bir dəyişikliyə görə, Naxçıvan MR Ali Məclisinin 31 deputatının tələbi ilə və ya MR vəzifəli şəxsinin təklifi ilə Ali Məclisin qapalı iclası keçirilə bilər.
Müzakirələrdən sonra Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər qəbul olunub.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir