Modern.az

Deputat sensasiya doğuran qanun layihəsini Milli Məclisə təqdim etdi

Deputat sensasiya doğuran qanun layihəsini Milli Məclisə təqdim etdi

23 Fevral 2010, 15:40

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair hazırladığı qanun layihəsini Milli Məclisə təqdim edib. Bu barədə Modern.az-a Qüdrət Həsənquliyevin özü məlumat verib. Deputatın hazırladığı qanun layihəsində Cinayət Məcəlləsinin bir sıra maddələrinə əlavə və dəyişiklik təklif edilir. Layihəni olduğu kimi təqdim edirik. Layihədə zorlama cinayətində suçlananların axtalanması təklifi yer alıb.    

 

Maddə 55. Müəyyən müddətə azadlıqdan məhrum etmə

 

Maddə 55-in 55.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

- Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 3 ay müddətindən başlayaraq tətbiq edilir.

 

Maddə 55-in 55.4-cü bəndi çıxarılır.

 

 

Maddə 66. Cinayətlərin məcmuyu üzrə cəzanın təyin edilməsi

 

Maddə 66-nın 66.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

- Cinayətlərin məcmuyu üzrə Məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edir. Təyin olunmuş cəzalar toplanılmaqla yekun qəti cəza təyin edilir.

 

Maddə 66-nın 66.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

- Cinayətlərin məcmuyu üzrə cəza təyin edilərkən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə olunmasına cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən yol verilir.

 

 

Maddə 67. Hökmlərin məcmuyu üzrə cəzanın təyin edilməsi

 

Maddə 67-nin 67.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 

- Hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən Məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini birləşdirir.

 

Maddə 67-nin 67.3 və 67.4-cü bəndləri çıxarılsın.

 

Maddə 120. Qəsdən adam öldürmə

 

Maddə 120-nin 120.1-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

- 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 120-nin 120.2-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin: 

- 20 ildən 30 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

 

Maddə 149. Zorlama

 

Maddə 149-un 149.1-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

- 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 149-un 149.2-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin: 

- 10 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir. 

Maddə 149-un 149.3-cü bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

- 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir.

 

Maddə 150. Seksual xarakterli zorakılıq hərəkətləri

 

Maddə 150-nin 150.1-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

- 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 150-nin 150.2-ci bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

- 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir.

 

Maddə 150-nin 150.3-cü bəndinin sanksiyası aşağıdakı redaksiyada verilsin: 

- 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və əlavə cəza olaraq cərrahi üsulla axtalanma tətbiq edilir.

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir