Modern.az

Dünyanı dəyişən 10 filosof - SİYAHI

Dünyanı dəyişən 10 filosof - SİYAHI

Ədəbi̇yyat

28 Dekabr 2012, 09:56

10. Conn Lokk. (1632-1704)

XVIII  əsrin  ən əhəmiyyətli materialist mütəfəkkirlərindən biridir. Avropadakı işıqlanma çağının ilk qurucusu olaraq da bilinir. Lokk  ənənə və nüfuzdan xilasın  lazım olduğunu, insan həyatına yalnız ağılın bələdçilik edə biləcəyini və hislərlə  insanların heç bir məlumata sahib olmadığını söyləyib. Bu düşüncələrinə görə Lokk  liberalizmin qabaqcıl dühası kimi  qəbul edilir. Lokka görə azadlıqlar çox əhəmiyyətlidir. Bir insanın azadlığı, digər adamın azadlığına təsir göstərəcək nöqtədə bitməlidir. Hökumətlərə, insan azadlığına və mühakimə müstəqilliyinə çox əhəmiyyət verib. Dekartdan təsirlənmiş,  amma düşüncələri ona heç bir zaman tam olaraq bənzəməmişdir.

9. Epikür  341-270 

 Əxlaq fəlsəfəsinin ən əhəmiyyətli mütəfəkkirlərindən biri olub. Fəlsəfəsinin ana fikrinin "xoşbəxtlik",  insan həyatının təməl məqsədinin isə "Xoşbəxtliyə çatmaq" olduğunu qarşıya qoyub. Bu yol Epikür üçün ən  doğru "yol"dur. Məntiq də doğru yola gedərkən istifadə edilməsi lazım olan bir vasitədir. Epikürə görə insan tanrı və ölüm qorxusundan xilas olmalıdır. İnsanlar da daxil, dünyadakı hər şeyin atomlardan meydana gəldiyini müdafiə edib. Öləndən sonra da insanın bir maddə kimi  yox olacağına inanır. Tanrı və ölüm ilə əlaqədar ən əhəmiyyətli sözü: "Ölümdən qorxmaq mənasızdır, çünki yaşadığımız müddətcə ölüm yoxdur, ölüm gəldiyində isə artıq biz yoxuq".

8. Kiprli Zenon  (335-263) 

Siyahıda olan digər adlara görə daha az tanış bir addır. Amma o Stoa fəlsəfə məktəbinin qurucusudur. Stoa fəlsəfəsində xoşbəxtlik xarici şərtlərdə aranmamalı, təbiətə uyğun yaşanmalıdır. Ayrıca Stoacılar dünya vətəndaşlığını da müdafiə edirlər. Kiprli Zenona  görə gerçək olan hər şey maddədir. Zenon,  kainatın hərəkət halında olan bir maddə olduğunu söyləyir. Bu maddə də atəşdir. Atəş hər yerə girər və dağılar. Tanrıya inanır. Zenona görə Tanrı təbiətin içindəki ağıl və şüurlu gücdür. Ona görə insan ruhunun ən yaxşı ifadəsi də "ağıldır".

7. İbn Sina (980-1037)

İbn  Sina həm bir filosof,  həm həkim, həm də dahi bir elm adamı olub. İbn  Sinaya görə hər element yalnız özünə xas keyfiyyətlərə malikdir və beləliklə daha dəyərsiz metallardan, qızıl və gümüş kimi  qiymətli metalların əldə edilməsi mümkün deyil. Təcrübə ilə nəzəriyyəni   birləşdirir,  təsəvvüf sahəsində də çalışıb. İbn Sina məntiqi psixologiyadan çıxarıb düşüncə qanunlarını psixologiya üzərinə qurmuşdur. İbn Sinanın Aristonun təlimi olduğu analiz  yolu ilə nəticə çıxarma və onu təhlil etmələri İslam ortaçağında klassik hal sayılmış,  sonrakı məntiq alimlərinə də bir mayak təsiri bağışlamışdır. İbn  Sinaya görə insanın tanrısal olanla əlaqəyə keçməsinin yolunun bir növ mənəvi hisslə bağlıdır. Filosofa görə yaxşılıq, yetkinlik və xoşbəxtlik fikrinin doğulması üçün pisliyin olması lazımlıdır. Beləcə,  xoşbəxt olmaq istəyən insanın əvvəl ruhunu təmizləməsi lazım olduğuna inanır. İbn  Sinanın əsərləri Xİİ əsrdə  latın dilinə tərcümə olunmuş,  bəzi əsərləri Qərbdə universitetlərin təməl dərs kitabları olaraq oxudulmuşdur.

6. Tomas Aquinas  1225-1274

Məşhur xristian filosofu olub,  kilsə təlimindəki ziddiyyətləri və xristian inancını sistemləşdirməklə məşğul olub. Mənəvi ilham mənbəyi   Aristotel və onun fəlsəfəsi olub. Tomasın Tanrının varlığı ilə əlaqədar fikirləri 1917-ci ildə Kilsə  qanunları kimi  qəbul edilib.

5. Konfutsi 551-449

Konfutsinin əsas prinsipi  insane  olmaq ideyasıdır. Buna çatmanın yolu da digər insanlara və atalarımıza hörmət bəsləməkdir. "Yaxşı" insan dünyayla uyğunlaşma içində yaşayan insandır. Konfutsinin tələbələri ilə etdiyi danışmalarını toplayan araşdırmaçılar həmin danışıqları  Çin ədəbiyyatının 13 klassik əsərindən biri hesab edirlər. Onun üçün əsas 4 təməl  var.

1. Ana-ataya hörmət
2. mərhəmət
3. ədalət
4. ayinlər

O,  bu  səviyyəyə  çatmanın çox çətin olduğunu,  amma hər kəsin bunun üçün səy 4. göstərməsinin lazımlılığını söyləyir.

4. Rene Dekart 1596-1650

Məşhur fransız filosof və riyaziyyatçısı,  Qərb düşüncəsinin ən əhəmiyyətli mütəfəkkirlərindən biridir. Müasir psixologiyanın və riyaziyyatın qurucusu hesab olunur. O , bütün  Qərb düşüncəsini alt-üst edən bir fəlsəfi sistem qurub. Buna görə öyrəndiyinin, gördüyünün, duyduğunun, inandığının hamısını birdən tamamilə silərək, hər şeydən şübhələnməyə  başladı. Yalnız tək bir şeydən əmin idi: düşüncənin varlığı. Tez-tez eşitdiyimiz "Mən düşünürəm, deməli varam" fikrinin müəllifidir.

3. Əziz Paul.

 Hz. İsadan sonra Xristianlıq üçün çox əhəmiyyətli bir şəxs hesab olunur. Hz. İsa Xristianlığı tapmış ola bilər, amma, Əziz Paulus olmadan xristianlığın yayılma imkanı yox idi. Kiçik Asiya, Makedoniya və Yunanıstanı gəzərək buralarda kilsələr qurub, xristianlığı yaymışdır. Halbuki, o, əvvəlcə  yəhudi idi. Sonra xristianlığı qəbul edib.  İncil və Xristiyanlıqla əlaqədar ən köhnə və ən etibarlı qaynaqlar Paulus'dan geriyə qalan məktublardır.

2. Ploton b.e.ə.427-347

Antik dövrün çox əhəmiyyətli  yunan filosofu,  Qərb dünyasının ilk ali təhsil təşkilatı olan "Afina Akademiyasının" qurucusudur. Platon  Sokratın şagirdidir. Bu səbəblə də Sokrat kimi əxlaqçı bir pəncərədən hadisələrə yanaşıb. Buna görə insanların xoşbəxt olması ancaq əxlaqlı  bir həyat sürə bilməsiylə mümkündür. Platon, həm təbiətdə, həm də əxlaq və cəmiyyət həyatında mütləq və dəyişməz olanın arxasından qaçıb.

1. Aristotel. B.e.ə.384-322

Platon ilə birlikdə Qərb düşüncəsinin ən əhəmiyyətli 2 filosofundan biri sayılır. Aristotelin ən böyük müvəffəqiyyəti elmi işi sistemləşdirmək olub. Aristotel, ələ aldığı hər problemi sistematik olaraq araşdırar,  yəni, əvvəl mövzu ilə əlaqədar deyilənləri toplayar sonra bu faktlara əsaslanaraq öz anlayışını meydana gətirər. Qurduğu anlayışların möhkəm, açıq və tutarlı olmaları səbəbindən  Aristotel, iki min il boyunca fəlsəfənin böyük ustası sayılmışdır. Özü eyni zamanda elm dilinin də yaradıcısıdır; bu günki elmi anlayışlar və termilərimizin bir çoxu onun adıyla bağlıdır.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar