Modern.az

Obama Yanukoviçin andiçmə mərasiminə getməyəcək

Obama Yanukoviçin andiçmə mərasiminə getməyəcək

Dünya

24 Fevral 2010, 10:11

ABŞ prezidenti Barak Obama Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində iştitrak etməyəcək. Obama inaqurasiya mərasiminə qatılacaq Amerka nümayəndə heyətinin tərkibini açıqlayıb. Modern.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Amerika nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Avropadakı ABŞ qoşunlarının keçmiş komandanı, istefada olan general Ceyms Conson rəhbərlik edir. Nümayəndə heyətinə ABŞ-ın Ukraynadakı səfiri Con Tefft, dövlət katibinin müavini Filipp Qordon, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa Birliyi ilə iqtisadi əlaqələr üzrə direktoru Kristina Kvin daxildir.

Qeyd edək ki, inaqurasiya mərasimi sabah keçiriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?