Modern.az

Saakaşvilinin istefası tələbi ilə aksiyalar keçirilib

Saakaşvilinin istefası tələbi ilə aksiyalar keçirilib

Dünya

5 Yanvar 2013, 20:43


Ötən gün Gürcüstan paytaxtı Tiflis və ölkənin digər şəhərlərində prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiyalar keçirilib. İTAR-TASS-ın məlumatına görə aksiyaları bir neçə ictimai təşkilatın üzvləri təşkil edib.

Onlardan biri Mixail Andquladzenin sözlərinə görə, son iki ayda bu tələblə 800 minə yaxın imza toplayıblar.

Onun sözlərinə görə, dünənki aksiya xəbərdarlıqdır və əgər Saakaşvili istefa verməsə, mitinqlər müntəzəm və daha geniş xarakter alacaq.

"Azadlıq" radiosunun məlumatına görə, aksiyaçılar qeyd edir ki, yanvarın 20-də Saakaşvilinin 2-ci andiçmə mərasiminin düz 5 ili tamam olur.

Gürcüstan qanunlarına görə, prezident 5 illiyə seçilir.

Növbəti seçki isə oktyabrda keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir