Modern.az

Məşhur fransız aktyoru Putindən pasport aldı

Məşhur fransız aktyoru Putindən pasport aldı

6 Yanvar 2013, 20:11


Rusiya prezidenti Vladimir Putin məşhur fransız aktyoru Jerar Depardyeni Soçidə qəbul edərək, ona Rusiya vətəndaşlığına dair pasportu təqdim edib.

Ötən il dekabr ayının sonlarında Vladimir Putin Jerar Depardyeni Rusiyada görmək arzusunda olduğunu bildirmişdi. Yeni ilin yanvar ayında isə Rusiya prezidenti aktyora bu ölkənin vətəndaşlığına dair pasportun verilməsi barədə sərəncam imzalamışdı.
Xatırladaq ki, Jerar Depardye Fransa hökumətinin varlı adamlardan tutulan verginin artırılması siyasətinə etiraz əlaməti olaraq bu ölkənin vətəndaşlığından imtina etmişdi. O, Fransa hökümətinin illik gəliri 1 milyon avrodan çox olanlara gəlir vergisini 75 faizə qaldırmaq qərarına hirslənib.
Rusiyada isə ümumi gəlirdən 13 faiz vergi tutulur.

Aktyor Jerar Depardye həmçinin sərt şəraitli, mərkəzi Rusiya regionu olan Mordoviyaya dəvət olunub. Onun Mordoviyada yaşamasına icazə verilməsi gözlənilir. Region sərt iqlimi və Stalin dövründən qalmış həbsxana düşərgələri ilə tanınır.
Modern.az vestu.ru-ya istinadən bildiri ki, Mordoviyada Jerar Depardyeyə yeni tikilmiş yaşayış binasından mənzil veriləcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü