Modern.az

Kitablarla “yeraltına səyahət” başladı

Kitablarla “yeraltına səyahət” başladı

Ədəbi̇yyat

7 Yanvar 2013, 15:21

Bu gün “Xəmsə“ kitab evində “Yeraltından kitablar” kitab mağazasının açılış və təqdimat mərasimi olub. Modern.az xəbər verir ki, sosial şəbəkələr vasitəsilə gənc yazarları və oxucu kütləsini özünə cəlb edə bilən mağaza Azərbaycanda Türkiyədən gətirilən və 3 qat ucuz qiymətlərlə kitablar satmağı vəd edir. Yalnız bestseller və tanınmış müəlliflərin kitabları təşkilatçılar tərəfindən mağazaya cəlb edilib. Avropa və yerli müəlliflərin dünyanın bir çox dillərinə tərcümə olunmuş, eləcə də qardaş Türkiyədə auditoriyanın diqqətini özünə cəlb edən əsərlər Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur. Burada çoxsaylı bədii ədəbiyyat nümunələri ilə yanaşı, məntiq, psixologiya, fəlsəfə, kulturologiya və başqa sahələrə aid kitablar yayımlanır.

Təqdimat mərasimində ilk dəfə olaraq uduşlu lotereya keçirilib. Kitab alanlardan 5 nəfəri lotereyanın qalibləri elan olunacaq. Layihənin rəhbəri Günel Abbasova mağazanın oxucuların zövqünə tam cavab verəcəyini bildirib. 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir