Modern.az

Qəddafinin təhlükəsizlik xidmətinin polkovniki öldürülüb

Qəddafinin təhlükəsizlik xidmətinin polkovniki öldürülüb

8 Yanvar 2013, 08:09

Liviyada Müəmmər Qəddafinin təhlükəsizlik xidmətinin yüksək rütbəli keçmiş əməkdaşı qətlə yetirilib. Modern.az Misirin “Əl-Əhram”  qəzetinə istinadən bildirir ki, Qəddafi hakimiyyətinin nümayəndəsi Livyanın ikinci böyük şəhəri Benqazidə qətlə yetirilib. Podpolkovnik Nasser Əl-Məğribi öz fermasında ölü tapılıb. Kriminal tədqiqatlar şöbəsinin nümayəndəsi Əl-Məğribinin öldürüldüyünü  bildirib. Başqa bir rəsmi isə onun Sidi  Fərəc bölgəsindəki fermasında öldürüldüyünü və ölümü ilə bağlı tədqiqatlar aparıldığını bildirib. Mənbələr Əl-Məğribinin Qəddafi rejimi vaxtı təhlükəsizlik qüvvələrində işlədiyini bildirib.

Nasser Əl-Məğribinin öldürülməsi  Benqazi Kriminal Tədqiqatlar Şöbəsinin rəhbəri Əbdüssəlam Əl-Məhdəvi silah gücüylə qaçırıldıqdan sonra baş verib. Benqazi Kriminal Tədqiqatlar Şöbəsinin rəhbərinin harda olması bilinmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu