Modern.az

Kralın ölümündən sonrakı 36-cı ad günü- FOTOLAR

Kralın ölümündən sonrakı 36-cı ad günü-  FOTOLAR

8 Yanvar 2013, 15:40

Bu gün dünyaca məşhur Rokn Roll ustası Elvis Preslenin doğum günüdür. Elvis Presli 8 Yanvar 1935-ci ildə Mississipi ştatında, Tulelo- da anadan olub. bu əfsanəvi müğənni və aktyor həmişə dövrünün və bütün zamanların Rokn Roll kralı kimi anılıb. Əfsanəvi mügənninin digər ləqəbi olan Elvis The Pelvis  ona 1950 ci ildə verilib. Preslinin xarici görünüşü ilə yanaşı sahib olduğu ən böyük üstünlüyü onun səsi idi. Preslinin kilsə musiqisindən tutmuş Rockn Roll-a,  Blus-a qədər çeşidli əsərləri var. Dindar ailədə dünyaya gələn Presle tez-tez kilsədə olduğundan kilsə musiqisinin təsirinə düşüb və musiqi duyumunu inkişaf etdirib. Peşəkar musiqiyə gəldikdən sonra da o ilahilər oxumağı bir vərdiş kimi özündən uazaqlaşdırmayıb, hətda repertuarında kilsə musiqiləri önəmli yer tutub.

Ölümündən sonra 36 il ərzində  Elvis Presli fenomeni bir anlıq olsun belə unudulmayıb. Bu gün dünyada Elvis Presli adına onlarca fan klub, veb sayt fəaliyyət göstərir.

1977 –ci ildə İndianapolisdəki konsertindən sonra avqustun 16-da vəfat edib. Onun həkimi  Cerri Fransisko ictimaiyyətə dərhal açıqlama verərək müğənninin ürək çatışmamazlığından öldüyünü bildirib. Lakin onun ölümü barədə bir sıra şübhələr yaranıb. Hətta Preslinin ölmədiyi barədə əfsanə də indiyə qədər yaşayır. Buna rəvac verən məqamlar var: Preslinin ölümünü əks etdirən fotosu yoxdur, ölüm barədə həkim rəyi məxfi saxlanılır, qəbiri üzərində adı qısaldılaraq yazılıb.

Presli haqqında dünya məşhurlarının xatirələrindən:

 Maykl Cekson: “O gözəl insan idi. Onun kimiləri bird aha dünyaya gəlməyəcək. Onu itirməklə bir anlıq hər şeyimi itirdiyimi sandım”

Con Lennon: “Elvisdən öncə heç bir şey yoxuydu.”

Fil Spektor: “Həqiqətən onun böyüklüyü haqqında heç bir təsəvvürünüz yoxdur. Onun o qədər dəyərli insane olmağının səbəbini aanlada bilmərəm, soruşsanız belə. O, izahedilməz, sensassyon və həyəcanvericidir!”

Ceyms Braun: “Mən, sadəcə onun  fanatı deyildim, mən onun qardaşı idim. O, mənim yaxşı olduğumu söylədi, mən də onun. Bu məsələdə mübahisəmiz olmadı. Elvis çalışqan idi və tanrı da onu sevdi. ən son Gracelond-da birlikdə İncil mahnısı olan “OLD BLİND BARNABUS”ı ifa etdik. Onu sevirəm və onu cənnətdə görməyi ümid edirəm.

Hal Vallis: “Bir çox sağlam adam gəldi getdi. Təqlid edənlər, rəqiblər oldu. Amma sadəcə bir kral var”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elçin AĞAYEV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır