Modern.az

Soyad sonluqları ilə bağlı gənclərin fərqli fikirləri var...

Soyad sonluqları ilə bağlı gənclərin fərqli fikirləri var...

24 Fevral 2010, 14:04

Millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Modern.az saytına bildirib ki, insan barədə ilk məlumat onun adından, soyadından gəlir: “Bu məsələdə könüllülük olmalıdır, məcburi yanaşmadan söhbət getməməlidir. Çünki bu, insan hüquqları məsələsinə ziddir. Ona görə burada kiminsə məcburi şəkildə soyadını dəyişməsindən söhbət getmir. Fikrimcə, bu işlə alimlərimiz ciddi məşğul olmalıdırlar. Elmi cəhətdən aydın olmalıdır ki, sonluqların mənası nədir, biz hansı varianta üstünlük verməliyik. Açığını deyim, bu ğün dünyada belə bir yanaşma yoxdur. Hər halda milli mənəvi dəyərlərin qorunmasında daha ciddi addımlar ata bilərik. Soyad dəyişikliyi mahiyyət etibarilə bir şey dəyişməyəcək. Amma cəmiyyətdə belə bir zərurət varsa, bu, mütləq nəzərə alınmalıdır. Təklif edirəm ki, məsələy könüllü yanaşma davam etdirilsin”.

Deputat deyib ki, bu məsələ ilə bağlı gənclərin də fərdi fikirləri var: “Mənim üçün vacib olanı, vətəndaşın dilini mükəmməl bilməsidir, yüksək təhsilli olmasıdır. Vətəndaşın Azərbaycanı yaxşı tanımasıdır. Milli geyim, milli üsul, milli xörəklər bundan sonra gəlir”.

Deputat deyib ki, məsələlərə tarixi cavab verilməlidir: “Ancaq bunu görmürəm. İndi komissiya işləyir. Nəticələr açıqlandıqdan sonra fikrimizi bildirəcəyik ki, bu, bizi qane edir, ya yox”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı