Modern.az

“Nargis” Mehriban Əliyeva ilə fotosessiya edib - FOTOLAR

“Nargis” Mehriban Əliyeva ilə fotosessiya edib - FOTOLAR

Aktual

14 Yanvar 2013, 11:05

Yanvarın 13-də “Four Seasons Hotel Baku” otelində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışıb. Bildirilib ki, “Nargis” incəsənət və moda aləmində oxucunun əsl bələdçisinə çevriləcək. Oxucular bu nəşrin səhifələrində incəsənət və moda aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə edə biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaq.
Nəfis tərtibatı, zövq oxşayan dizaynı ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirən “Nargis” jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer alıb. Bu nömrədə həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.
Digər çıxış edənlər də “Nargis” jurnalının məziyyətlərindən danışıblar.
Jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcək.
Tədbir mədəni proqramla davam edib.








Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı