ABŞ prezidenti Barak Obamanın döblət katibi postuna namizədliyini irəlü sürdüyü senator Con Kerri gələn ayın ortalarında Yaxın Şərq regionuna səfər edəcək. Modern.az bildirir ki, bu barədə “Fars” Xəbər Agentliyi “Əl-Mənar” qəzetinə istinadən məlumat yayıb. Qəzet bu xəbəri ABŞ-dakı diplomatik mənbənin məlumatına əsasən yayıb. Con Kerri Orta Şərqdəki sülh prosesini canlandırmaq üçün bölgəyə səfər edəcək. Gələcək dövlət katibinin səfər edəcəyi ölkələr arasında İordaniya, Misir və Fələstin də var. Mənbə onu da məlumat verir ki, Kerrinin səfəri barədə ölkələrə xəbər verilib və səfərin həyata keçirilməsi üçün lazımı hazırlıqlar görülür.