Modern.az

Xamnei iranlı gəncləri Avropada təhsil almağa çağırdı

Xamnei iranlı gəncləri Avropada təhsil almağa çağırdı

Dünya

14 Yanvar 2013, 19:06

İranın İslam İnqilabının ali dini lideri Əli Xamenei iranlı gənclərə xarici ölkələrdə oxumağı tövsiyyə edib. Modern.az İRNA-ya istinadən bildirir ki, Xamnei İranın xaricdə təhsil alan gənclərini milli sərvət kimi gördyünü bəyan edib.

O, Avropadakı Tələbələrin İslam Assosiasiyasının 47-ci illik görüşü münasibətlilə keçirilən görüşdə bu tələbələri “ölkənin gələcək liderləri” adlandırıb: 
”Sizlər ölkənin gələcək liderlərisiniz. Zəngin elmi sərvətə malik İran sizin kimi bacarıqlı liderlər tərəfindən idarə olunmalıdır. Harda oxumaqlarından asılı omayaraq iranlı gənclər böyük bir milləti təmsil edirlər. Onlar İrana müxtəlif sahələrdə kömək edə bilərlər.“


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub