Modern.az

“Çərpələng uçuran”ın yeni romanı dağlarda əks-səda verəcək

“Çərpələng uçuran”ın yeni romanı dağlarda əks-səda verəcək

17 Yanvar 2013, 17:08

2013-cü ilin mayında Azərbaycan oxucusuna yaxşı tanış olan Xalid Hüseyninin yeni romanı işıq üzü görəcək. Modern.az xarici KİV-ə xəbər verir ki, “Riverhead Books” nəşriyyatında çap olunacaq “Və dağlarda əks-səda verdi” adlı əsər yenə doğmalar arasındakı münasibətlərə həsr olunub. 

Əgər keçmiş romanlarda valideyn mövzusu öndə dayanırdısa, bu dəfə diqqət mərkəzində bacı-qardaş münasibətləridir. Əfqan mənşəli Amerika yazıçısı Xalid Hüseyni 2003-cü ildə yazdığı “Çərpələng uçuran” romanı ilə məşhurlaşıb. Kitab 107 həftə “The New York Times”-ın bestseller siyahısında qərar tutub. Elə həmin il Hoseyninin ikinci romanı – “Min möhtəşəm günəş” çapdan çıxıb.

 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir