Modern.az

Viktor Yuşşenko cinayət məsuliyyətinə cəlb oluna bilər

Viktor Yuşşenko cinayət məsuliyyətinə cəlb oluna bilər

26 Fevral 2010, 11:55

Ukraynada  Viktor Yanukoviçin rəsmən prezidentliyə başlamasından dərhal sonra artıq sabiq prezident Viktor Yuşşenkonun cinayət məsuliyyətinə cəlb olunması təşəbbüsləri gündəmə gəlməkdədir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, belə bir təşəbbüslə Ukrayna Kommunist Partiyası çıxış edib. Kommunistlər prezident postunda Yuşşenkonun fəaliyyətinin araşdırılmasını tələb edir. Bu barədə Kommunist Partiyasının lideri Pyotr Simonenko bəyanat verib. Kommunistlər iddia edir ki, indi eks-prezident olan Yuşşenko qanunsuz silah alverini, müəssisələrin özəlləşdrillməsini, torpaqların qəsb olunmasını dəstəkləyib. Bundan əlavə,  sabiq prezident faşizim və miliyyətçilik ideyalarının cəmiyyətdə kök salmasında ittiham olunur. Simonenko qeyd edib ki, onlar dəfələrlə Yuşşenko barədə impiçment qaldırılması və onun cinayət məsuliyyətinə cəlb olunması təşəbbüsü ilə çıxış ediblər. “Lakin Yuşşenko hər dəfə prezident toxunulmazlığı altında gizlənərək cavabdan qaçıb”,-deyə kommunistlərin lideri bildirib. Onun sözlərinə görə, artıq bunun üçün heç bir əngəl yoxdur. “Eks prezident hakimiyyəti dövründə yol verdiyi  “siyasi və sosial genosidə görə” bütün Ukrayna xalqı qarşısında cavab verməlidir”. 

Qeyd edək ki, hakimiyyətinin son günlərində Yuşşenko Ukrayna milliyyətçilərinin lideri  Stepan Banderaya Qəhrəman adı verib. Bu qərarın ləğv olunması üçün  məhkəməyə müraciət olunub. Avropa komissiyası isə  qəbul etdiyi qətnamə ilə ümidvar olduğunu bildirib ki, Ukraynanın yeni prezidenti Banderanı Qəhrəman adından məhrum edəcək. Hələlik Yuşşenko kommunistlərin bəyanatlarına və Bandera qalmaqalına münasibət bildirməyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?