Modern.az

Gənclər Xocalı faciəsi ilə əlaqədar bəyanat verdilər

Gənclər Xocalı faciəsi ilə əlaqədar bəyanat verdilər

26 Fevral 2010, 14:24

 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi və üzvləri Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət edib.

Yüzlərlə gəncin iştirak etdiyi ziyarətin sonunda Gənclər üçün Təhsil Mərkəzi öz bəyanatını səsləndirib.

Təəssüf hissi ilə qeyd edilib ki, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş Xocalı faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib.

Gənclər ümid edirlər ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu haqlı tələbləri dəstəkləyəcək, Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət özünun beynəlxalq hüquqi qiymətini alacaq.

Bəyanatın sonunda gənclər Xocalı faciəsini heç vaxt unutmayacaqlarını, ölkəmizin bu günü və gələcəyi, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətçiliyimizin möhkəmlənməsi naminə öz milli həmrəyliyini daha da yüksəldəcəklərini bildiriblər.

Bəyanat bütün beynəlxalq gənclər və təhsil təşkilatlarına, xarici universitetlərə və xarici ölkə səfirliklərinə göndərilib. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir