Modern.az

İlham Əliyev Rusiyada "2009-cu İlin Personası" seçilib

İlham Əliyev Rusiyada "2009-cu İlin Personası" seçilib

26 Fevral 2010, 15:00

Rusiyanın «RBK» İnformasiya Agentliyi Azərbaycan Respublikasını prezidenti İlham Əliyevi "2009-cu İlin Personası" seçib.
Fevralın 25-də Kremldə «İlin Personası» beynəlxalq mükafatının laureatları təltif edilib.
«RBK» Agentliyinin verdiyi açıqlamaya görə, «İlin Personası» mükafatı il ərzində Rusiyanın dövlət, ictimai, siyasi maraqları baxımından özünü daha parlaq göstərən şəxslərə verilir.
Laureatlar biznes, ictimai-siyasi, mədəniyyət və s. müxtəlif sferalarda fəaliyyət göstərənlər arasında seçilir.
«İlin Personası» laureatları arasında Prezident İlham Əliyevlə yanaşı, Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokov, artist Armen Cigаrxanyan, rejissor Qalina Bolçek, akademik Leo Bokeriya da var. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir