Modern.az

Amerikalı universitet tələbələri Dağlıq Qarabağa gediblər

Amerikalı universitet tələbələri Dağlıq Qarabağa gediblər

24 Yanvar 2013, 13:06

ABŞ-ın məşhur universiteti Con Hopkins Universitetinin müəllim və tələbə heyəti Xankəndinə səfər edib. Modern.az-ın məlumatına görə, tələbə və müəllimləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyan qəbul edib.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və digər regional məsələlər barədə söhbət edilib. ABŞ-lı tələbələrlə söhbət zamanı K.Mirzoyan Azərbaycanın sülh danışıqlarından yayındığını bildirib. O bildirib ki, əgər Azərbaycan özünün yüksələn hərbi xərclərini azaltsa, regionda münaqişənin həlli, sülh və sabitlik üçün şərait yarana bilər.

Sevinc  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır