Modern.az

Deputat: “Kristofer Ştrasserin məruzəsi qərəzli idi”

Deputat: “Kristofer Ştrasserin məruzəsi qərəzli idi”

24 Yanvar 2013, 17:26

Millət Vəkili Rauf Əliyev AŞPA-da Azərbaycan üzrə məruzəçi Kristofer Ştrasserin məruzəsi ilə bağlı Modern.az-a açıqlama verib. Deputat onun Azərbaycan qarşı qərəzli mövqeyinin olduğunu və bunu dəfələrlə nümayiş etdirdiyini bildirib.

Qeyd edək ki, AŞPA-da keçən səsvermədən sonra, hesabatı rədd olunan Kristofer Strasser mətbuat konfransında yanvarın 23-də keçən müzakirələri Azərbaycanda insan haqqlarının “qara günü” adlandırıb və siyasi məhbuslar məsələsinin Azərbaycanda hələ də açıq olduğunu deyib.  

R.Əliyev bildirib ki, Azərbaycanda keçirilən aksiyalarla bağlı fikirlər bildirənlər uğurlardan əsla danışmırlar. “Avropada da insanlar aksiya keçirirlər, öz haqlarını tələb etdikləri təqdirdə həbs olunurlar. Bəs bunu niyə demirlər? Bəli, Azərbaycanda müəyyən problemlər var və onlar da tədricən öz həllini tapacaq”.  

Ulduz İbrahimova

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir