Modern.az

Goranboyda Xocalı şəhidləri anılıb

Goranboyda Xocalı şəhidləri anılıb

26 Fevral 2010, 16:47

Fevralın 26-da Goranboy rayonunda Xocalıl soyqırımının 18-ci ildönümünə aid anma mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, məcburi köçkünlər, Goranboydan olan millət vəkili Gültəkin Hacıbəyli, rayon ictimaiyyəti iştirak edib. Gültəkin Hacıbəylinin Modern.az-a bildirdiyinə görə, anım mərasimində şəhidlərin xatirəsi yad olunub. Çıxış edənlər Xocalı soyqırımı törədənləri lənətləyərək, günahsız uşaqlar, gənclər, qadınlar, qocalara zülm edən erməni cinayətkarlarının indiyədək cəzasız qalmasından narahatlıqlarını ifadə ediblər.

Təəssüf hissi ilə qeyd edilib ki, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş Xocalı faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib.

Tədbir iştirakçıları ümid etdiklərini bildirblər ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar nəhayət bu haqlı tələbləri dəstəkləyəcək. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir