Modern.az

İlham Əliyev Davosda Azərbaycanın kosmik sənayesindən danışıb

İlham Əliyev Davosda Azərbaycanın kosmik sənayesindən danışıb

24 Yanvar 2013, 18:01

Prezident İlham Əliyevin Davosda “Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalle ilə görüşü olub. Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulanıb.

Azərbaycanın ikinci telekommunikasiya və Yer səthini müşahidə peyklərinin orbitə buraxılması ilə bağlı mövcud məsələlər müzakirə olunub. Ölkəmizdə kosmik sənayenin yaradılması, bu sahədə uzunmüddətli inkişaf strategiyasının hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir