Modern.az

Sabah Fəvvarələr Meydanında aksiya keçiriləcək

Sabah Fəvvarələr Meydanında aksiya keçiriləcək

24 Yanvar 2013, 18:08

Bir qrup gənc sabah aksiya keçirməyi planlaşdırır. Modern.az-ın məlumatına görə, artıq bununla bağlı Facebook sosial şəbəkəsində elan verilib. Aksiyanın siyasi xarakter daşımadığını və heç bir təşkilat tərəfindən təşkil olunmadığını qeyd edilib. Aksiyanın şüarı “Silahları üstümüzdən çəkin!”dir.
  Aksiya saat 14:00-da Fəvvarələr Meydanında keçiriləcək. Təşkilatçılar bildirib ki, Binə Ticarət Mərkəzində və İsmayıllıda polisin rezin güllədən atəş açmasına, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edəcəklər.  

Sevinc
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir