Modern.az

BAXCP və KXCP hakimiyyəti dialoqa çağırır

BAXCP və KXCP hakimiyyəti dialoqa çağırır

Aktual

24 Yanvar 2013, 18:53

Modern.az-ın məlumatına görə, daha iki partiya İsmayıllı olayları ilə bağlı bəyanat verib.

Hadisədən təəssüləndiyini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bəyan edir ki, vətəndaşların öz etirazlarını zorakı üsullarla - başqalarının əmlakına od vurmaqda, polisə qarşı güc tətbiq etməklə büruzə vermələri yolverilməzdir və qətiyyətlə pislənilməlidir.

BAXCP son zamanlar zorakılıqla, başqasının əmlakına və sağlamlığına zərər vurmaqla müşaiyət olunan etiraz aksiyalarının presidentə çevrilməsindən və bu təhlükəli davranışların bəzi ziyalılar və siyasi partiyalar tərəfindən dəstəklənməsindən dərin təəssüf hissi keçirdiyini bəyan edir və bu qəbildən olan faktları stimullaşdırmağa cəhd göstərənləri Azərbaycan xalqı və dövləti qarşısında öz məsuliyyətlərini dərk etməyə çağırır.
BAXCP hesab edir ki, mövcud problemlərin aradan qaldırılması üçün idarəetmə sistemində ciddi struktur və kadr islahatları aparılmalı, uzun illər vəzifədə olan və fəaliyyətləri ilə özlərini gözdən salan kadrlar istefaya göndərilməli, onların yerinə müasir, çevik düşüncəli, çağdaş dünyanın çağırışlarına hazır olan gənc kadrlar gətirilməli və onlar da öz növbələrində idarəetmədə modern üsulların tətbiqinə başlamalıdırlar. BAXCP Azərbaycan hakimiyyətini qeyd olunan islahatların aparılması üçün dialoqa çağırır.

Klassik Xalq Cəbhəsi Partiyası da İsmayıllı rayonunda baş verən son hadisələrlə bağlı bəyanat  qəbul edib. Bəyanatda deyilir ki, Azərbaycanda  problemlər hüquqi  yolla, danışıqlar vasitəsi ilə həll edilmir, əksinə ölkə vətəndaşlarına qarşı güc tətbiq etməklə həll olunmağa çalışılır.

”Belə halda heç bir problem həl olunmur, ziddiyyət dərinləşir, hakimiyyət tərəfindən gözlənilməz, lakin məntiqi  partlayışlara səbəb olur. Məhz Quba, Binə hadisələrində olduğu kimi”. KXCP bildirib ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin və vətəndaşlıq hüquqlarının təminatçısı olan hakimiyyət təcili və təxirəsalınmaz tədbirlər görməlidir.
”Bu durumdan yeganə ən yaxşı çıxış yolu islahatların aparılması və demokratik seçkilər keçirilməsinin təmin olunmasıdır”.

Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!