Modern.az

İsmayıllıdan ən son məlumatlar-yaralılar Bakıya gətirilib

İsmayıllıdan ən son məlumatlar-yaralılar Bakıya gətirilib

Aktual

25 Yanvar 2013, 08:21

Hazırda İsmayıllıda sakitlikdir.

Aksiya iştirakçılarının geri çəkilməsinə baxmayaraq polis əməkdaşları səhərədək küçə və prospektlərdə görünüblər.

Onlar nəzarəti tam olaraq ələ alıblar.

Bu dəqiqələrdə İcra Hakimiyyətinin binası ətrafında xeyli sayda təhlükəsizlik xidmətinin əməkdaşları toplaşıb.

Dünənki aksiyada yaralananlarla bağlı saytımıza yeni məlumatlar daxil olub.

 İsmayıllı rayon Mərkəzi Xəstəxanasından əməkdaşımıza bildirilib ki, dünən baş verən aksiyada bir az yaşlı polis istifadə etdiyi gözyaşardıcı qazdan zəhərlənərək dünyasını dəyişib. Xəstəxanaya gətirilən yaralıların bir neçəsinin vəziyyəti ağır olduğundan axşam saatlarından paytaxta göndərilib.

Sakinlər arasında yenidən aksiya olacağı haqda məlumatlar dolaşır. İcra başçısı Nizami Ələkbərovun istefa vermədiyi təqdirdə aksiyaların davama edəcəyi bildirilib.

Ümumilikdə rayon ərazisində sakitlikdir.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir