Modern.az

Nazirlik tələbələri hərbi hissəyə aparır

Nazirlik tələbələri hərbi hissəyə aparır

25 Yanvar 2013, 13:08

Gənclər və İdman Nazirliyi orduda xidmət edən gənclərin asudə vaxtının təşkili, onların mənəvi-psixoloji və fiziki hazırlığının yüksəldilməsi məqsədi ilə hərbi hissələrdə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və yaradıcı gənclərinin iştirakı ilə mütəmadi olaraq görüşlər keçirir.

    Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, növbəti belə görüşlərdən biri yanvarın 29-da bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən, yaradıcı gənclərdən ibarət heyətin iştirakı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Goranboy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə  keçirilməsi nəzərdə tutulur.

Tədbirin keçirilməsində əsas məqsəd, cəbhə bölgəsində xidmət edən gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə kömək etməkdir.   Görüş zamanı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti qarşısında yaradıcı və istedadlı tələbələrin iştirakı ilə konsert proqramı təşkil ediləcək, hərbi xidmətdə fərqlənən bir qrup gizir və əsgərə Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri veriləcək.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?