Modern.az

ANAMA: Britaniya təşkilatının açıqladığı rəqəmlər saxtadır

ANAMA: Britaniya təşkilatının açıqladığı rəqəmlər saxtadır

25 Yanvar 2013, 13:14

Britaniya şirkəti “Halo trust”-ın nümayəndəsi Nik Smart erməni mətbuatına açıqlamasında Qondarma Dağlıq Qarabağ Respublikasında minalardan təmizləmə işlərinin davam etdiyini və qarşıdakı 5 il müddətində ərazinin tamamilə minalardan təmizlənəcəyini bildirib. O həmçinin qeyd edib ki, şirkət burada işlərini davam etdirmək üçün Amerika və Britaniyadan maliyyə yardımı almaqda davam edir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Britaniya təşkilatı “Halo Trust”-ın Dağlıq Qarabağda minalardan təmizlənməsi ilə bağlı səsləndirdiyi fikirlər və rəqəmlər qondarmadır və reallığı əks etdirmir. Qeyd edilib ki, məsələ ilə bağlı ANAMA tərəfindən dəfələrlə şikayətlər edilib. “Bizim o təşkilatla heç bir əlaqələrimiz yoxdur və onların fəaliyyəti reallığı əks etdirmir. Hər kəsə ANAMA-nın fəaliyyəti məlumdur. Eyni zamanda onlar bizimlə heç bir razılıq əldə etmədən bu işləri görürlər”.  

Aytən Əliyeva

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü