Modern.az

Türklərə qarşı ayrıseçkilik hələ də qalır...

Türklərə qarşı ayrıseçkilik hələ də qalır...

25 Yanvar 2013, 12:21

“Almaniyaya türklərin iş üçün ilk rəsmi köçü 1961-ci ildə başlayıb. İndi ilk köçün üzərindən 52 il keçib. O illərdə kiçik qruplar halında min bir ümidlə köç edən Almaniyadakı türklərin sayı bu gün 4 milyona çatıb. Türklər hazırda Almaniyada xarici birliklər arasında ilk sırada yer alır. 52 il əvvəl Almaniyaya köç edən türklərin bu gün 3–cü nəsli yəni uşaqları, nəvələri Almaniyada iş adamı, siyasətçi, futbolçu kimi çox önəmli vəzifələrdə çalışırlar. İlk illərdə hüquqi, sosial, iqtisadi mənada ikinci sinif vətəndaş rəftarı görən türklər bu gün Almaniyada alman vətəndaşları ilə eyni haqlara sahibdirlər”. Bunu Modern.az saytına açıqlamasında Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Atilla Sertel deyib.

O, qeyd edib ki, jurnalist kimi dünyanın hər bir ölkəsində yaşayan türklərin insan haqları daim tərəflərindən izlənilir: “Təbii ki, biz hüquqları pozulan soydaşlarımıza qarşı çox həssasıq. Deyə bilərəm ki, türklərin insani tərəfləri , qonaqpərvərlikləri, cəmiyyətin hər seqmentinə göstərdikləri hörmət və sevgi özləri haqqındakı ilk fikirləri yox edib. Ancaq buna baxmayaraq tez-tez soydaşlarımızın insani hüquqlarının pozulduğunun şahidi oluruq.

Bu gün bizim “qürbətçi” deyə adlandırdığımız Almaniyadakı vətəndaşlarımız arxada qoyduğumuz 50 il ərzində haqlarının qorunması üçün çox mübarizə aparıblar. Özlərinə qarşı əvvəlki münasibəti dəyişsələr də diskrinimasiyalar hələ də var.

Bütün bunlara rəğmən deyə bilərəm ki, keçmişdə çox ciddi problemlər yaşansa da, türklərə çox zaman ikinci sinif vətəndaş rəftarı edilsə də bu gün vəziyyət eyni deyil. Amma problemlər aradan qalxıb da demək olmaz”.

Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu