Modern.az

Nissan micra üçün mikro ilkin ödəniş

Nissan micra üçün mikro ilkin ödəniş

Aktual

25 Yanvar 2013, 13:49

Hərəkət qrafikinin sıx olduğu vaxtlarda artıq yanacaq sərfiyyatı az olan və tıxacda hərəkəti asanlaşdıran  Nissan Micra avtomobilini əldə etmək istəyənlərə Nissan Azərbaycan sərfəli şərtlər təklif edir. Belə ki indi Micra avtomobili üçün ilkin ödəniş bank və sığorta xərcləri daxil olmaqla cəmi  1950 AZN təşkil edir və 1 illik sığorta xərci  isə müştərilərə hədiyyə olunur.

Nurgün Motors hal-hazırda Micra avtomobilini Nissan salonlarında 2 modifikasiyada (Tekna və Acenta) təklif edir.

76 at gücünə malik 1.2 litrlik benzin mühərriki Nissan Micra-ya şəhərin dolanbac və tıxaclı küçələrində əl-qol açmağa geniş imkanlar yaradır. Ətraf mühitə zərərli tullantısı 95 qrama endirilmiş, qənaətcil (100 km məsafəyə təxminən 5 l yanacaq sərfiyyatı ilə) 3 slindirli benzin mühərriki onu hər kəsin ekoloji “dostu”na çevirib. 

Yeni Nissan Micra-nın interyerinin bənzərsiz dizaynını funksional özəllikləri dəstəkləyir. Ön qapıların şüşəqaldıranları, sükanın hidravlik gücləndiricisi və maili tənzimlənməsi salonun ayrılmaz atributlarıdır. Micra ilə səyahət isti yay günlərində belə qorxulu deyil. Avtomobilin kondisioneri interyerin lazımi həddə qədər soyudulmasını təmin edir. Mərkəzi konsolda arxa və ön sərnişinlər üçün stəkanaltılar, qapılarda xırda əşyalar üçün ciblər, ön və arxa sərnişinlər üçün başaltlıqları, ön sərnişinlər üçün mərkəzi dirsəkaltı Micra-nın funksional interyerini tamamlayır.   

 

Yeni Nissan Micra-da təhlükəsizlik hər zaman ön plandadır. Sürücü və sərnişinlər üçün yan təhlükəsizlik yastıqları, 3 düyməli təhlükəsizlik kəməri, uşaqların  təhlükəsizliyi üçün arxa qapıların bloklanması, mərkəzi kilid ailəliklə əyləşdiyiniz Nissan Micra-da özünüzü hər an təhlükəsiz hiss etməyinizə zəmin yaradır.  

 

Nurgün Motors MMC  

“NURGÜN Motors” MMC  şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzdə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 4 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Poçt indeksi: AZ 1029

Ünvanlar:     Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2 

Telefonlar:   (+994 12) 448 38 38, 430 90 90  

Faks:              (+994 12) 447 46 87  

Bölgələrdə  

Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km Telefon:      (+994 22) 56 57 00

Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2  Telefon:      (+994 44) 277 13 97

Lənkəran şəhəri, Ləvəngi dairəsi  Telefon:      (+994 25) 254 24 18

Quba şəhəri, H.Əliyev pr. 33-cü məhəllə  Telefon:      (+994 23) 5 61 57  

E-mail: [email protected]

Rəsmi sayt: www.nissan.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!