Modern.az

JuHİ təhlükəsizlik vəsaitinin təqdimatına başlayıb

JuHİ təhlükəsizlik vəsaitinin təqdimatına başlayıb

25 Yanvar 2013, 13:09

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) “Risklərlə davranış. Media professionalları üçün vəsait” kitabının təqdimatına başlayıb. Vəsait jurnalistlər arasında pulsuz paylanacaq. Kitabın elektron versiyası təşkilatın saytında yerləşdirilib.  

10 rayonda keçiriləcək təqdimata Cəlilabad və Masallıda start verilib. Növbəti tədbirlər Tərtər, Bərdə, Quba və digər rayonlarda olacaq. 

JuHİ sədri Müşfiq Ələsgərli bildirir ki, beynəlxalq ekspertlərin köməyi ilə hazırlanmış vəsaitdə jurnalistlərin qarşılaşdığı risklərin təsnifatı verilib və bu risklərdən yayınmaq üçün ən müasir texnologiyalar barədə bilgilər yerləşdirilib: “Ekstremal situasiyalarda jurnalistlərə yardım edə biləcək təşkilatların koordinatları, fəaliyyət istiqamətləri haqqında bilgilər də vəsaitdə yer alır. Jurnalistika dünyada təhlükəli, riskli peşələr sırasındadır. Təhlükələrdən yayınmaq məsuliyyəti isə ilk növbədə jurnalistlərin öz üzərinə düşür. Jurnalist hansı şəraitdə fəaliyyət göstərdiyini qiymətləndirməyi bacarmalı, müasir təhlükəsizlik qaydalarını öyrənməlidir. Hazırladığımız vəsait jurnalistlərə istənilən ekstremal situasiyadan çıxmaq yolu göstərir. Təqibə, təzyiqə, təhdidə məruz qalan, qaynar nöqtələrdən, münaqişə bölgələrində reportaj hazırlayan jurnalistlər bu vəsaitdə əks olunan bilgiləri öyrənməklə vəziyyətdən çıxış yolları tapa bilərlər”.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir