Modern.az

Gürcüstanın baş naziri rusiyalı həmkarı ilə görüşdü- 5 il sonra ilk dəfə

Gürcüstanın baş naziri rusiyalı həmkarı ilə görüşdü- 5 il sonra ilk dəfə

25 Yanvar 2013, 14:50
Rusiyanın baş naziri Dmitri Medvedyev Davos Formu qonaqlarının şərəfinə təşkil olunmuş qəbulda Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə söhbət edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İvanişvili özü Medvedyevə yaxınlaşaraq onunla bir neçə dəqiqə söhbət edib.  

Rusiya baş nazirinin mətbuat xidmətinin rəisi Nataliya Timakova bu hadisəyə öz fikirlərini bildirərək söyləyib ki, böyük forumlar zamanı iştirakçıların bir-biri ilə söhbət etməsi sıradan bir haldır və çox normaldır.  

Qeyd edək ki, 2008-ci ilin avqustundan bəri Davos Forumundakı görüş Gürcüstan və Rusiya rəsmiləri ilə ilk təmasdır.

Günəş FƏRHADLI

 


   
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür