Modern.az

Abbas Abbasov "AzərROS"a sədr seçilə bilmədi

Abbas Abbasov "AzərROS"a sədr seçilə bilmədi

25 Yanvar 2013, 14:50

Moskvadakı "Prezident” otelində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) V qurultayı işə başlayıb.

Modern.az SalamNews-a istinadən bildirir ki, 80 nümayəndənin və 32 qonağın iştirak etdiyi qurultayda Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənib. “AzərRos”un prezidenti Söyün Sadıqov ötən müddət ərzində - 2008-ci ilin fevralından 2013-cü ilin yanvarınadək olan dövrdə təşkilatın fəaliyyəti barədə hesabat verib. O xatırladıb ki, təşkilat 1999-cu ildə Moskva, Tver və Yaroslav Regional Milli-Mədəni Muxtariyyətlərinin təşəbbüsü ilə təşkil olunan Rusiyadakı azərbaycanlı vətəndaşların qurultayında yaradılıb.

Hazırda qurum 800 min Rusiya azərbaycanlılarını birləşdirir. O, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi, Azərbaycan adət-ənənələrinin, dilinin və mədəniyyətinin qorunması və inkişafı məqsədi ilə təşkilat tərəfindən həyata keçirilən layihə və proqramlar barədə ətraflı məlumatlar verib.

S.Sadıqovun sözlərinə görə, Azərbaycanda və Ermənistanda böyük rezonansa səbəb olan Rusiya Erməniləri Birliyi ilə birgə keçirilən "dəyirmi masa" Rusiya azərbaycanlıları və erməniləri arasında ortaq məxrəclərin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən vacib tədbirdir. “AzərRos”un yaradıcılarına və fəal üzvlərinə minnətdarlığını bildirən S.Sadıqov təşkilatın gələcəkdə də Azərbaycan və Rusiya üçün faydalı layihələr həyata keçirəcəyinə əmin olduğunu söyləyib.

Daha sonra Abbas Abbasov "AzərRos"un Ağsaqqallarv Şurasının sədri, Asif Məhərrəmov isə təşkilatın prezidenti seçilib.

S.Sadıqov onların işinə uğurlar arzulayaraq, təşkilatın gələcəkdə də Azərbaycan və Rusiya üçün faydalı layihələr həyata keçirəcəyinə əmin olduğunu söyləyib.

Modern.az 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi