Modern.az

Brilliant Dadaşova Süleyman adı ilə niyə yazdığını açıqladı - MÖVQE

Brilliant Dadaşova Süleyman adı ilə niyə yazdığını açıqladı - MÖVQE

Aktual

25 Yanvar 2013, 15:37

Artıq bir neçə  gündür ki, Facebook sosial şəbəkəsində müğənni Brilliant Dadaşova (Suleyman) profilində özü yazır. Amma deyəsən, Süleyman adı bəzi mətbu orqanları çaşdırıb, hətta bəziləri bunu “Brilliant Dadaşova kişi profilindən yazır kimi” yozublar. Əslində isə səbəb sadədir. Sənətçi bununla bağlı açıqlama yayıb. Modern.az göndərdiyi açıqlamada B.Dadaşova bu addımı saxta profillərdən qorunmaq üçün etdiyini bildirib.
“Məlum olduğu kimi sosial şəbəkələrdə müğənnilərin adına saxta profillər açılır. Bəzən bir müğənninin 4-5, hətta daha çox adda profilinə rast gəlmək mümkündür. Mən  facebook-da profil açarkən bu adda profillərin artıq mövcud olduğunu və  bu profillərdə fotoşəkillərimdən istifadə edildiyinin şahidi oldum”.

Populyar estrada ifaçısı Brilliant Dadaşova adının qarşısına (Süleyman) sözunu əlavə etməklə saxta profillərdən fərqlənməyə çalışıb. Süleyman sənətkarın atasının adıdır. Yəni onun profil adına atasının adını əlavə etməsi əslində həqiqi Brilliant Dadaşovanın özü olduğunu göstərməkdir. Onu da qeyd edək ki, Brilliant xanım bir neçə gün ərzində 600-a yaxın dostluq təklifi qəbul edib.
Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!