Modern.az

Putin azərbaycanlı rejissora “Puşkin medalı” verdi

Putin azərbaycanlı rejissora  “Puşkin medalı” verdi

Aktual

25 Yanvar 2013, 14:54

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fərmanı ilə Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskini mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə “Puşkin medalı” ilə təltif edib. Bu barədə Modern.az Rus Dram Teatrından məlumat verilib.

Məumat üçün bildirək ki, Puşkin medalı ilə Rusiya vətəndaşları və əcnəbilər incəsənət və mədəniyyət, təhsil və ədəbiyyat sahəsində nailiyyətlərinə görə,  mədəni irsin öyrənilməsində və qorunmasına böyük töhfə verənlər, millətlər və millətlərin mədəniyyətlərinin yaxınlaşmasında  əməyi olanlar təltif edilir. Puşkin medalı, bir qayda olaraq, 20 il və ya daha çox humanitar, ictimai işlər üzrə fəaliyyət göstərənlərə təqdim edilir.   Qeyd edək ki, bu ilin fevral ayında rejissorun 65-i yaşı olacaq. O, 1976-ci ildən S.Vurğun ad. Rus Dram teatrının aktyoru, 1991-ci ildən quruluşçu-rejissor, 1993-cü ildən teatrın baş rejissoru vəzifələrində işləyir. Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurub. 1988-ci ildə A.Şarovski "Əməkdar artist", 1999-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Qızıl dərviş" və "Humay" mükafatları laureatıdır.  

Qeyd edək ki, 2012-ci ildə Rus Dram teatrında dövlət sifarişi ilə səhnələşdirilən “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası paytaxt Moskva ilə yanaşı Sankt-Peterburqda, Yaroslovda oynanılıb. Tamaşa həmcinin Ukrayna, Moldova və Gürcüstan teatrlarının səhnələrində də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sifarışı  ilə hazırlanan  tamaşa görkəmli Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim, maarifçi Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunub.


Quruluşçu rejissoru Alekasnr Şarovski olan tamaşanın geyim üzrə rəssamı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, dekorasiya rəssamı əməkdar rəssam Tahir Tahirov, quruluşçu rəssamı isə Nikita Sazonovdur. Tamaşada əsas rolları xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə və başqaları ifa ediblər.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı