Modern.az

“Muğanbank”ın əməkdaşlarına sertifikatlar verildi

“Muğanbank”ın əməkdaşlarına sertifikatlar verildi

25 Yanvar 2013, 16:12

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ticarətə yardım proqramı cərçivəsində “Muğanbank” ASC-nin baş ofisində “Ticarətin maliyyələşdirilməsi prinsipləri və qaydaları” mövzusunda təşkil olunmuş treninq yanvarın 24-də başa çatıb.

Təlim kursunu Beynəlxalq Ticarət Palatasının (ICC) bank komissiyasının üzvü Vinsent O'Brayn keçirib.  Treninqin məqsədi, ticarətin maliyyələşdirilməsi ilə bağlı mövcud beynəlxalq prosedur və qaydalar ilə treninq iştirakçılarını tanış etmək idi.

Sertifikatların təqdim etmə mərasimində çıxış edən “Muğanbank” ASC-nin idarə heyəti sədrinin müavini Rasim İsmayılov bildirib ki, mötəbər beynəlxalq maliyyə qurumlarının mütəxəssislərinin iştirakı ilə mütəmadi keçirilən treninqlər bank əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirməklə bu sahədə zəruri olan təcrubə mübadiləsini təmin edir. 

Beynəlxalq Ticarət Palatasının nümayəndəsi Vinsent O'Brayn bildirib ki, treninqin əsas məqsədi idxal və ixrac əməliyyatlarında tətbiq olunan beynəlxalq qaydalar barədə təlim iştirakçılarını məlumatlandırmaq, habelə Bankın Ticarətə yardım proqramından maksimum faydalanmasını asanlaşdırmaqdır.

O'Brayn, təlim kursunun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, seminarın fəal keçdiyini, təqdim olunan mövzuların aktuallığını nəzərə çatdırıb. Tədbirin sonunda treninq iştirakçılarına rəsmi sertifikatlar təqdim olunub. Tədbirdən hazırlanmış geniş fotosessiyaya baxmaq üçün linkə daxil olun - //www.muganbank.az/az/news/20130125095816904

Qeyd edək ki, AYİB tərəfindən həyata keçirilən və beynəlxalq ticarətin inkişafına yönələn "Ticarətə yardım proqramı" böyük müvəffəqiyyət qazanıb. 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyə başlayıb. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi  müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) İnvestisiya Fondu kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir. İşgüzar əlaqələrin əsas məqsədi beynəlxalq kapital bazarından cəlb edilmiş maliyyə vəsaitlərinin yerləşdirilməsidir. “Muğanbank” ASC Almaniyanın, Rusiyanın, Türkiyənin, Latviyanın, Avstriyanın, Qazaxıstanın və Ukraynanın  aparıcı bankları ilə yüksək səviyyəli əməkdaşlığını davam etdirir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi