Modern.az

“MedEra” klinikası türkiyəli tərəfdaşı ilə müqavilə imzaladı (R)

“MedEra” klinikası türkiyəli tərəfdaşı ilə müqavilə imzaladı (R)

25 Yanvar 2013, 16:52

Bu gün “MedEra” klinikası Türkiyənin “Bayındır” klinikası ilə əməkdaşlıq, qarşılıqlı mübadilə şəraitində işləyəcək anlaşmanı rəsmən imzalayıb. Modern.az xəbər verir ki, bundan sonra “MedEra” klinikasının həkim kollektivinin “Bayındır2” klinikasında təcrübə keçmələri üçün də imkanlar yaradılacaq. Türkiyə klinikasının həkim kollektivi müqavilə əsasında “MedEra”da olacaq və insanlara yardım göstərəcəklər.

“MedEra” klinikasının rəhbəri Qaraxan Əliyev çıxışı zamanı bildirib ki, onlar bu əməkdaşlıqdan çox razıdırlar. Klinikanın rəhbəri Türkiyənin “Bayındır” klinikasının ən müasir tibbi texnologiyalara və laboratoriyaya malik olduğunu deyib. Çıxış edən klinikanın rəhbər şəxsləri də Türkiyənin qocaman və tanınmış klinikası ilə müqavilənin olmasından razılıq bildiriblər.

“Bayındır” klinikasının rəhbəri və həmin klinikanın həkim heyəti də Azərbaycanda olmaqlarında şad olduqlarını deyiblər. Onlar “MedEra”nın gələcəkdə Azərbaycanın ən aparıcı özəl klinikalarından birinin olacağını deyiblər.  

Qeyd edək ki, “Bayındır” klinikasından plastik və rekostruktiv cərrah, kardioloq, ortoped, travmatoloq və bu sıradan bir neçə ixtisasa malik həkimlər “MedEra” klinikasında xəstələrə yardım göstərəcəklər.


Anar KƏLBİYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?