Modern.az

Soysuz və qırımsız erməni hiyləgərliyi...

Soysuz və qırımsız erməni hiyləgərliyi...

26 Fevral 2010, 22:17

Ermənilərin apardığı saxta informasiya müharibəsi sərhəd tanımır. Göbbelsin “yalanı daha çox deyin, o zaman inanacaqlar” prinsipi erməni texnoloqları üçün vizit kartıdır, desək yanılmarıq. İnternetdə bu həyasızlığın daha bir nümünəsi  peyda olub.  Ermənilər tərəfindən altı dildə hazırlanmış “xocali.net” saytı və orada yerləşdirilən materiallar bir məqsədə xidmət edir - dünyanın artıq baş verdiyinə əmin olduğu Xocalı soyqırımı barədə yalan məlumat vermək, beynəlxalq ictimaiyyəti çaşdırmaq! Saytda yerləşdirilən yazılarda erməni texnoloqlar Xocalıda baş verən soyqırımında ermənilərin əlinin olmamasını göstərməyə cəhd edir, bunu “azərbaycanlıların işi” kimi qələmə verirlər. Absurd və cəfəng iddia!  

 

Ermənistan artıq Xocalı qətliamının onun üçün necə dəhşətli bir ittihama çevrildiyini, dünya ictimaiyyətının gözünə kül üfürməyin mümkün olmadığının fərqindədir. Bunun üçün hər vəhclə tərətdiyi bu soyqırımının məsuliyyətini üstündən atmağa çalışır.

 

Sayt altı dildə - rus, azərbaycan, ingilis, alman, fransız, fars dillərində hazırlanıb. Ermənilər əsas diqqəti faciə ilə bağlı müxtəlif intenet saytlarında qoyulmuş şəkillərə yönəldiblər. Onlar yazıda vizual effekt üçün qoyulmuş şəkilləri guya “araşdırmış”, bu zaman diqqətsizlik ucbatından  qoyulmuş mövzuya aid olmayan şəkilləri taparaq xislətlərinə uyğun olaraq yararlanmağa çalışıblar.

 

Əsas hansı şəkillər “subut” kimi göstərilir? Məsələn “BBC Tabriz “bloqunu hazrlayan Cənubi Azərbaycandan olan soydaşlarımız  diqqətsizlik üzündən Türkiyədəki 1983-cü ildə baş vermiş dağıdıcı zəlzələ zamanı ananın ölmüş uşaqları üçün etdiyi fəryadı əks etdirən şəkili ingilis dilində olan  yazının vizual effekti kimi  “Xocalı genocide” yazaraq veriblər.  Amma nədənsə erməni texnoloqlar bu şəkildən aşağıda verilmiş və Xocalı dəhşətlərini əks etdirən  şəkilləri görməzliyə vurublar.

 

Ermənilər daha bir şəkili zurna.azersayt bloqundan qamarlayıblar. Bloqu hazırlayan şəxs burada Həmasın İsrail ordusu tərəfindən öldürülmüş əsgərlərinin fotosunu səhvən Xocalı kimi göstərib. Goründüyü kimi, bu şəkillər daha cox həvəskar bloggerlər tərəfindən qoyulub. Niyə ermənilər rəsmi saytlara istinad etmirlər? Odur ki, bunu başa düşmək olar.

 

Amma düşmənlərimizə rəvac verən bu səhvlər rəsmi saytlarda, səfirlik broşüralarında əks olunursa, o zaman, cənablar diqqətli olmanız vacibdir.  Erməni hiyləsi, məkri ələ düşən hər şeydən  o dəqiqə istifadə edir.

 

Düşmən bizim medianın vizual effekt üçün verdiyi şəkillərdən belə, bizə qarşı istifadə etməyə çəkinmir. Odur ki, qəzetlərimiz materiala şəkil verərəkən diqqətli olmalıdırlar. Adıçıkilən saytda guya bizi “ifşa” edən şəkillərdən biri rusdilli qəzetlərimizin birində 6-7 il əvvəl getmiş bir yazıya qoyulmuş fotoşəkildir.  Laçında erməni əsirliyində olan azərbaycanlı uşaqlar barədə olan yazıya əfqan qaçqın uşaqlarının əks olunmuş şəkili qoyulub.  Sırf vizual effekt üçün qoyulmuş bu şəkil erməni texnoloqları üçün göydəndüşmə olub və onlar ağızları köpüklənmiş halda bizi yalan deməkdə ittiham edirlər. Halbuki erməni əsiriliyində olan uşaqlqrın, qadınların, qocların sayı rəsmi rəqəmlərlə bəllidir.

 

Digər bir “yalanımızı” hansısa rusdilli islam saytlarından tapıblar. İslam.ru saytında Xocalı soyqırımı barədə “Memorial” qrupunun (Yeri gəlmişkən, rus hüquq müdafiəçilərinin cəmləşdiyi bu məşhur təşkilatın Xocalı ilə bağlı obyektiv bəyanatlarını ermənilər indiyə qədər cavablandıra bilməyiblər) bəyanatı verilib. Amma şəkil yerinə səhvən 1991-ci ildə sovet ordusunun Ermənistanın Voskepar şəhərində apardığı “təmizləmə” əməliyyatı zamanı həbs edilərək üzü üstə yerə uzadılmış erməni “boyeviklərinin” şəkli verilib.  İslam.ru da bu fotonu yazıya əlavə edərək sayta qoyub.

 

Şəkillərlə bağlı digər ciddi diqqətsizlik internet xəbər agentliklərində rast gəlinir. Ermənilər sayta qoyduqları “ifşaedici şəkilləri” bir sıra hallarda məhz bu saytlardan götürüblər. Məsələn,  Day.az saytı 2009-cu ilin 29 martında səhifəyə yerləşdirdiyi şəkil əslində Balkan müharibəsi zamanı Kosovoda qətlə yetirilən insanların şəklidir. Sayt Bakıdakı mart soyqırımı ilə bağlı rəsm sərgisinin keçiriləcəyi ilə bağlı xəbəri yayıb və bu şəkli yerləşdirib. Erməni texnoloqları da bundan məharətlə istifadə edərək diqqəti başqa istiqamətə yönəldə biliblər. Həmin diqqətsizliyi bir neçə aydan sonra “Novosti-Azerbaycan” Agentliyi də göstərib. Braziliyada “Qarabaga azadlıq, Xocalıya ədalət” tədbirinin keçirildiyi barədə olan məlumatın yayınında balkanlarda həlak olmuş şəxslərin fotosu yerləşdirilib.  Bu şəkil nədənsə Azərbaycanın Küveytdə olan səfirliyinin Xocalı faciəsi ilə bağlı buraxdığı broşurədə düşüb. Qətlə yetirilmiş kosovoluların fotosu ingilis dilində Bakıda 2006-cı ildə nəşr olunmuş “Erməni terroru” kitabında da yerləşdirilib. Erməni texnoloqlar isə bundan faydalana biliblər. Hətta Güney Azərbaycan Konqresi bu şəkillə Avropada piketlərə də çıxıb.

 Bütün bu “kəşfləri”ndən riqqətə gələn ermənilər daha sonra Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun müsahibəsini və Eynulla Fətullayevin “Qarabağ gündəliyini” yerləşdiriblər.  

 

Saytda guya bizim saxtakarlığımızı subut etmiş ermənilər nədənsə Xocalı ilə bağlı bütün dünyanı şoka salan şəkilləridən söz açmır, diqqətsizlikdən səhv getmiş şəkilləri gözə soxmağa çalışır. Bəs, minlərcə digər şəkillər, bəs Çingiz Mustafayevin videolentə aldığı kadrlar, bəs xarici jurnalistlərin fotoları, bəs Xocalı soyqırımını yaşamış və bu gün həyatda olan xocalılar, bəs əsir götürülərək bəşərin üzləşmədiyi, yalnız ermənilərə məxsus üsullarla işgəncələrə məruz qalan, damarlarına neft yeridilən, bədənlərində siqaret söndürülən xocalılar...   

 

Saytın sonunda bir “PS” var və ermənilər yazırlar ki, biz günahsız insanların həlak olduğunu şübhə altına almırıq..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir