Modern.az

Milli Qəhrəmanın doğum günü idi

Milli Qəhrəmanın doğum günü idi

28 Fevral 2010, 23:00

1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində Artreliya Qoşunlarında leytenant, baş leytenant rütbələrində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

E.Hüseynov 1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Müstəqil Azərbaycanın ilk hərbi hissələrindən olan  Tərtər Ərazi Özünümüdafiə Batalyonunun  komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

1995-ci il yanvarın 15-də Prezidentin fərmanı ilə Elman Süleyman oğlu Hüseynova ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı" adı verilib.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var. Tərtər rayonunda qəhrəmanın büstü qoyulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi