Modern.az

Tarkanı 10 il həbs gözləyir

Tarkanı 10 il həbs gözləyir

1 Mart 2010, 00:11

Populyar Türkiyə ulduzü Tarkanı 10 il həbs gözləyir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Tarkan özü 10 il həbs cəzası gözlədiyini bildirib. Mətbuatın yazdığına görə, İstanbul narkotik polisində verdiyi  ifadədə ulduz müğənni narkotika həvəskarı olduğunu etiraf edib. “Mən həşiş çəkmirəm, mən kokaindən istifadə edirəm”,-deyə Tarkan bildirib. O, narkotik polisini kokain satışı və hətta yayılması ilə heç bir əlaqəsi olmadığını inandırmağa çalışıb. Tarkan narkotiklərin onun sürücüsünə məxsus olduğunu deyib. 

 

Tarkanın vəkilləri (onlar 5 nəfərdir-Modern.az) isə bildirir ki, müğənni nəinki kokain yayıb, ondan heç istifadə də etməyib. Vəkillər KİV-in Tarkanın kokaindən istifadə etməsinə dair vermiş olduğu məlumatları da uydurma adlandırıblar. Tarkanın qardaşı Xakan Tevetoğlu da vəkillərin fikirlərini bölüşür. Onun sözlərinə görə, KİV-lər hər şeyi şişirdir. “Tarkan indi ifadə verir, mən hər hansı şərh vermək istəmirəm”.

 

Xatırladaq ki, polis Tarkanın villasında 12,5 qram həşiş tapıb. Tarkanla birlikdə türk elitasının daha 10 üzvü həbs olunub. Onların arasında tanınmış siyasətçilərin oğülları, tanınmış biznesmenlər, jurnalist də var. Martın 1-də Tarkan prokuror qarşısına çıxacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir