Modern.az

Hitlerin əmisi oğlu tapılıb

Hitlerin əmisi oğlu tapılıb

Təhsil

1 Mart 2010, 09:44

Son vaxtlar DNK analizi vasitəsi ilə bəşəriyyətə qarşı qatı cinayətlər etmiş  Adolf Hitlerin yaxın qohumlarını akşar  etmək mümkün olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda DNK analizi vasitəsi ilə Hitlerin ən yaxın qohumlarının bir vaxtlar nasist yuvası olmuş  Avstriyada yaşadığı aşkarlanıb.  Avstriyada yaşayan 46  yaşlı  fermer Hitlerin əmisi oğludur. News qəzetinin yazdığına görə,  bu adam damarlarında qatı cinayətkar hesab etdiyi  Hitlerin qanı axdığını biləndə dəhşətə gəlib. Belçikal jurnalist Jan Pol Malders qeyd edir ki, ölkədə Hitlerin qan qohumu olan 39 insan yaşayır. Valtfirtel kəndi Hitlerin doğmaı nənəsi Mariya Anna Şikliqruber, atası Alois və anası Klaranenin vətəni hesab olunur. İkinci dünya müharibəsindən sonra Hitlerin adı tam yoxa çıxıb, onun adını daşiyanlar isə pasportarını dəyişdirib, bəziləri  isə əvvəlki təki Xidler və Xyutler kimi adlar daşıyır. Malders telefon kitabçasında bu adlara rast gələrək eks-diktatora  qan yaxınlığı ilə bağlı olan adamla rastlaşıb.  İnadkar  jurnalist onları  ağız suyundan DNK analizi verməyə razı salıb. Əvvəllər Malders Hitlerin  DNK-sını əldə edib. O, gizli surətdə Hitlein Nyu-Yorkda yaşayan varislərindən birinin təsadüfən  yerə  saldığı  əl dəsmalınından istifadə edib. Onlardan biri 61 yaşlı Aleksandr Styuart Xyuston ixtisasca psixoloq Hitlerin nəvəsidir. DNK analizini əldə etmək üçün Malders onun dalınca 7 gün sürünüb. Nəticədə fermerin Hitlerin qan qohumu olduğu məlum olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür