Modern.az

İranda inqilabın 34-cü ili - Xomeynini Parisdən gətirən təyyarə...

İranda inqilabın 34-cü ili - Xomeynini Parisdən gətirən təyyarə...

31 Yanvar 2013, 19:10

İranda 1979-cu ildə baş vermiş İran İslam İnqilabının 34-cü ilini qeyd etmək üçün tədbirlər keçirilir. Modern.az-ın məlumatına görə, bu münasibətlə  keçiriləcək tədbirlər 10 gün davam edəcək.
İran mətbuatı xəbər verir ki, tədbirlərin başlama vaxtı İran İslam Respublikasının qurucusu İmam Xomeyninin Parisdən gələn təyyarəsinin Tehranın Mehrabad hava limanında yerə endiyi saatdır.
Ölkənin hər yerində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Rəsmi məlumata görə, inqilabın ildönümünü qeyd etmək üçün 100 000 müxtəlif tədbir olacaq.
İran rəsmiləri və yerli əhali Xomeyninin movzaleyini ziyarət edirlər. Movzaleyi çərşənbə günü prezident Əhmədinejad və ali dini lider Seyid Əli Xamneyi də ziyarət ediblər.
1979-cu il inqilabı İranda 2500 illik monarxiya rejiminə son qoymuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər