Modern.az

Türkiyədə xaricdə yaşayan türklərlə iş üzrə idarə yaradılıb

Türkiyədə xaricdə yaşayan türklərlə iş üzrə idarə yaradılıb

1 Mart 2010, 13:29

 

 

Fevralın 27-də İstanbuldakı “Cəvahir” otelində Türkiyə Hökumətinin  Xaricdə yaşayan türklərlə iş üzrə Baş idarəsinin yaradılması ilə əlaqədar toplantı keçirilib. Dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə ABŞ-dan Avstraliyaya qədər bütün dünyada yaşayan türk icmaları ilə yanaşı Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də qatılıblar. Toplantıda Azərbaycandan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.  Tədbirə həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Belarus Azərbaycanlıları Konqresinin sədri Natiq Bağırov və digər Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də qatılıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi toplantıda bu idarənin yaradılması haqqında hazırlanmış qanun layihəsinin mahiyyəti barədə məlumat verilib, müzakirələr nəticəsində diaspor nümayəndələrinin də rəy və təklifləri öyrənilib.

Azərbaycan nümayəndə heyəçti adından tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikası Prezidentinin salamlarını toplantı iştirakçılarına çatdırıb. N.İbrahimov Azərbaycan dövlətinin türkdilli xalqların diasporları arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan bütün türkdilli xalqların bir-birinin problemlərinə, yaşadığı üzüntülərə hər zaman yüksək həssaslıqla yanaşdığını vurğulayıb. O, Türkdilli ölkələr arasında əməkdaşlığın türk xalqlarının rifahına və təhlükəsizliyinə xidmət etdiyini vurğulayıb. Baş nazir Xocalı soyqırımının 18-ci ildönümün tamam olduğunu xatırladaraq qeyd edib ki, bu cinayəti törədənlər ədalət məhkəməsi qarşhısında cavab verməlidir. «Biz qətliamları yaşamaq istəmirik. Lakin, qətliamlara məruz qalanlarla onların iztirabını bölüşürük. Eyni zamanda bu qətliamları törədənlərin də Avropa İnsan Haqları Məhkəməsi və ədalət divanı qarşısında cavab verməsini istəyirik».

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən saytımıza bildirlib ki, tədbirdə çıxış edən Amerika Türk Dərnəkləri Federasiyaçının rəhbəri Kaya Boztəpə də Xocalı soyqırımı haqqında danışıb. O, bu soyqırımın insanlığa qarşı bir cinayət olduğunu bildirərək, türkdilli xalqların diasporlarını Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməyə çağırıb.

Xatirladaq ki, Türkiyə hökümətinin tərkibində yaradılacaq sözügedən baş idarə xaricdə yaşayan türklərin cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, milli-mənəvi dəyərlərinin mühafizəsi, Türkiyə Respublikası ilə əlaqələrinin inkişafı, xaricdə təhsil alan türk tələbələrin problemlərinin həlli, türkdilli xalqlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. İdaqə həmçinin xaricdəki türkləri ayrıseçkilik, assimilyasiya və bu kimi digər problemlərdən qorumaq məqsədi daşıyacaq.

 

  

Modern.az

 

 

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir