Modern.az

Konstitusiya qanunu hazırlanır

Konstitusiya qanunu hazırlanır

1 Mart 2010, 14:30

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Partiyadan Modern.az-a verilən məlumata görə, BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ isə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına əlavə və dəyişikliklərin edilməsinə dair Konstitusiya Qanununun hazırlanması ilə bağlı olub. BAXCP İdarə Heyəti partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev tərəfindən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına əlavə və dəyişikliklərin edilməsilə bağlı Milli Məclisdə səsləndirdilən təkliflərin qanun layihəsi kimi hazırlanması, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim oluması barədə qərar qəbul edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir