Modern.az

Azərbaycanlı gənclər üçün Avropanın ali məktəbləri ilə əməkdaşlıq imkanları artır

Azərbaycanlı gənclər üçün Avropanın ali məktəbləri ilə əməkdaşlıq imkanları artır

Qarabağ

1 Mart 2010, 17:00

Almaniya, Fransa, İsveç, Finlandiya və Polşada fəaliyyət göstərən bir sıra nüfuzlu ali məktəblər Azərbaycanlı tələbələrin həmin ölkələrdə təhsil alması üçün yeni imkanlar yaranıb.

Belə ki, həmin ali məktəblər Azərbaycanda yerli QHT olan Gənclər üçün Təhsil Mərkəzinə birgə proqramların təşkili üçün müraciət edib.

İlkin razılaşmalara əsasən Mərkəz növbəti tədris ili üçün ilk olaraq Almaniyada fəaliyyət göstərən Humanitar Elmlər üzrə Avropa Kolleci (ECLA) ilə birgə mübadilə proqramı təşkil edəcək.

Mərkəz cari ilin aprel və may aylarında proqramlar bağlı informasiya sessiyaları təşkil edəcək və proqramda Azərbaycan tələbələrinin işirakına kömək edəcək.

Avropa Kolleci 1999-cu ildə qeyri-kommersiya təşkilatı kimi Alman ziyalıları və sahibkarları tərəfindən humanitar təhsilə yönəlik kollec kimi yaradılıb. Kollecdə tələbələr fəlsəfə, ədəbiyyat, siyasi nəzəriyyə, incəsənət tarixi və s. humanitar fənlər üzrə öz ixtisaslarını davam etdirə bilirlər. 

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub