Modern.az

Azərbaycanda erməni dilində xəbər saytı açılıb

Azərbaycanda erməni dilində xəbər saytı açılıb

1 Mart 2010, 17:32

Azərbaycanın erməni dilində birinci xəbərlər portalı işə başlayıb. "Trend" agentliyinin məlumatına görə, armenia.az layihəsinin əsas məqsədi Azərbaycan həyatı haqqında obyektiv, hərtərəfli məlumatın erməni dilində ötürülməsi planında informasiya boşluğunun doldurulmasıdır.

Xəbərlər həm Ermənistan əhalisi üçün, həm də Azərbaycanda - Dağlıq Qarabağda yaşayan ermənilər üçün nəzərdə tutulub.

Portalda Azərbaycanla əlaqəli həyatın bütün sahələrinə həsr olunmuş xəbərlər, analitik məqalələr, müsahibələr dərc ediləcək.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı