Modern.az

Prezident “İmamzadə”nin bərpasına 3 milyon manat ayırdı

Prezident “İmamzadə”nin bərpasına 3 milyon manat ayırdı

Təhsil

1 Mart 2010, 22:43

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Ərazisindəki “İmamzadə” Kompleksinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon manat məbləğində vəsait ayrılsın.
Sərəncamın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü