Modern.az

Bu gün “Eurovision-2010”dakı təmsilçimiz bəlli olacaq

Bu gün “Eurovision-2010”dakı təmsilçimiz bəlli olacaq

Təhsil

2 Mart 2010, 09:38

Bu gün saat 19.30-da “Buta Palace” sarayında Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil etmək şansı qazanmış üç namizəd – Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupunun iştirakı ilə milli final konserti keçiriləcək.
Modern.az xəbər verir ki, milli final konsertində iştirakçıların ifa edəcəkləri beş əcnəbi bəstəkara məxsus mahnıların adları açıqlanıb.
“Azərbaycan-Eurovision” saytında bildirilib ki, üç namizəd  “Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnılarını ifa edəcəklər. Azərbaycan məhz bu mahnılardan biri ilə “Eurovision-2010” yarışmasında təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycanın “Eurovision” müsabiqəsində iştirakı ilə bağlı yeni yaradılan eurovisionaz.ucoz.net saytı fəaliyyətə başlayıb.
Saytda bu il 55 illik yubileyini qeyd edən “Eurovision” müsabiqəsinin tarixi, şərtləri, iştirakçı ölkələri barədə ətraflı məlumat, Azərbaycanı bu müsabiqədə 2008 və 2009-cu illərdə təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə, eləcə də Aysel Teymurzadə və Araş haqqında maraqlı məlumatlar, fotosessiyalar yerləşdirilib. Sayta bu il Azərbaycanı müsabiqədə təmsil etmək iddiasında olan üç namizədlə bağlı, eləcə də milli seçimlərlə əlaqədar məlumatlar da daxil edilib.


Modern.az


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır