Modern.az

Fuad Muradov: “Erməni deputatların Bakıya gəlmək istəməməsi bizi narahat etmir”

Fuad Muradov: “Erməni deputatların Bakıya gəlmək istəməməsi bizi narahat etmir”

5 Fevral 2013, 13:15

AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, millət vəkili Fuad Muradov Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək iclasdan imtina etməsi haqda qərarına münasibət bildirib. Deputat Modern.az-a açıqlamasında deyib ki, erməni nümayəndə heyətinin Bakıya gəlib-gəlməməsindən aslı olmayaraq, iclas yüksək səviyyədə keçiriləcək. F.Muradov həmçinin qeyd edib ki, Ermənistanın bu toplantıdan imtinası Azərbaycanı qəti narahat etmir:

“Bizdə hələki onların iştirak etməmələri ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Bununla Avropa Parlamentinin katibliyi məşğul olur. Komitə katibi mənə məlumat verib ki, hələki Ermənistan tərəfindən Bakıya gəlib-gəlməməklə bağlı heç bir məlumat daxil olmayıb. Hər bir ölkə öz iştirakında azaddır. Burada məcburiyyət yoxdur. Biz Enerji komitəsinin iclasını keçirəcəyik, müvafiq qərarlarımızı da qəbul edəcəyik. Kimin iştirak edib-etməməyindən aslı olmayaraq iclasımız çox yüksək səviyyədə baş tutacaq. Bu daha çox Avropa Parlamentini narahat etməlidir. Bizim üçün heç bir narahatçılığı yoxdur”,-deyə F.Muradov vurğulayıb. 

Qeyd edək ki, fevralın 12-13-də Bakıda AVRONEST Parlament Assambleyasının (PA) enerji təhlükəsizliyi komitəsinin iclası keçiriləcək. 

Anar RÜSTƏMOV

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı